Tozsoranla nələri təmizləməməliyik? FOTOLAR

Evdə ən çox istifadə etdiyimiz elektrik avadanlıqlardan biri tozsorandır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, cihazın ömrünün uzun olması üçün işlətmə qaydasına diqqət etməliyik.

Tozsoranla nələri təmizləməməliyik?

1. Böyük şüşə qırıqlarını tozsoranla götürsəniz ona ziyan vura bilər. Buna görə də, böyük şüşə parçalarını süpürgə ilə təmizləyin. Kiçik hissələri isə tozsoranla çəkmək daha yaxşıdır.

2. Kağız tozsoranın vakuumu çox tez bağlayır. Cihazın çox isinməsinə və mühərrikin işləməsinə mane olur.

3. Kosmetik məhsullarda isti havanın təsiri altında əriməyə başlayan müxtəlif yağlar və maddələr var. Buna görə kosmetika tozsoranın ən təhlükəli düşmənlərindən biri hesab olunur. Çünki yağ komponentləri cihazın içərisində əriyir. Mexaniki hissələrə və filtrlərə mane olur.

4. Saç tozsoranın ömrünü qısaldır. Saç filtrləri tez tıxayır. Çoxlu sayda saç tozsorana daxil olanda cihazın gücü olduqca azalır.

5. Torpaq tozsoranın tıxanmasına səbəb olur.

6. Tozsoranla su çəkmək olmaz. Cihazın avadanlıqları sıradan çıxa bilər. Ən vacibi isə elektrik probleminə səbəb ola bilər.

7. Bir ovuc unu tozsoranla təmizləyə bilərsiniz. Amma 1 paket unu ətrafa dağıtmısınızsa, əlinizlə təmizlənməsi daha məqsədə uyğundur. Əks təqdirdə, un cihaza zərər verə bilər və bütün filtrləri tıxayar.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə