Şəkər fizioloji asılılıq yaradır

Şəkərə asılılıq, ümumiyyətlə qəbul edildiyindən daha böyük və ciddi bir problemdir. SİA xəbər verir ki, bunu Arxus Universitetinin danimarkalı bioloqları sübut ediblər və bu tədqiqat Elmi Hesabatlar jurnalında dərc edilib.

Mütəxəssislər donuzlar üzərində təcrübə apardıqdan sonra bu nəticəyə gəliblər. Heyvanlara 12 gün xeyli miqdarda şəkər əlavə edilmiş su verilib. Donuzlara ümumilikdə gündə iki litr şirin maye qəbul etdirilib. Məlum olub ki, təcrübənin ilk günündən zövq verən şirin maye heyvanların dopamin və opioid sistemində dəyişikliklərə gətirib çıxarıb. Təcrübənin sonunda artıq bu dəyişikliklər daha da qabarıq şəkildə nəzərə çarpıb.

Mütəxəssislər nəticələrin olduqca etibarlı olduğuna inanırlar, çünki donuzlar, bir tərəfdən, daha çox məşhur laboratoriya heyvan növlərinə nisbətən daha mürəkkəb bir beyinə sahibdirlər, digər tərəfdən, insanlardan fərqli olaraq, çox səbəblərə görə dopamin səviyyəsində dəyişikliklərə məruz qalmırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə