Şəmkir rayon sakinindən maraqlı addım

Şəmkir rayon sakinindən maraqlı addım

Şəmkir rayon sakini 35 yaşlı Səyyar Musayev əlində Azərbaycan bayrağı Bakıya qədər olan 410 km-lik məsafəni piyada qət etməyi planlaşdırıb.

SİA xəbər verir ki, S.Musayevin yürüşündə məqsəd 20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsidir.

Onun sözlərinə görə, 8 gün piyada getməklə 20 yanvar hadisələrinin 30-cu ildönümü günü Bakıya - Şəhidlər Xiyabanına çatacaq.

Qeyd edək ki, o, artıq yolun bir hissəsini arxada qoyaraq Goranboy rayonuna çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə