Beynimizin bizə oynadığı oyunlardan biri - "PLASİBO EFFEKTİ" - MARAQLI

İnsan beyni qeyri-adi dərəcədə mürəkkəbdir. SİA-nın verdiyi məlumata görə, eyni zamanda manipulyasiya edilə bilən bir orqandır. Əgər nəzarət sizdədirsə başqa, beyindədirsə çox başqa mənzərə ilə qarşılaşacaqsınız.

Misal üçün, qədim zamanlarda insanlar xəstələndikləri zaman faydası olmasa da özlərinə uyğun müalicə üsulları kəşf ediblər və bu müalicəni tətbiq etdiklərində xəstəlikdən qurtulacaqlarına inanıblar. El arasında "türkəçarə" deyilən üsullar nə dərəcədə bizi xəstəliklərimizdən azad edə bilər? Bütün bunlara "xürafat" deyib keçməyin. Əgər yetərincə inansanız saxta dərmanlar və tətbiqetmələr də işə yaraya bilər. Bütün bunlara tibb dünyasında saysız-hesabsız örnəklər verilə bilər. Bu örnəyin adı "Plasibo Effekti" adlanır. Plasibo latıncada "məmnun etmək" mənasına gəlir. İnanırsansa başaracaqsan, sən bunu bacararsan, səndə bunu etmək bacarığı var və mən bunu edə biləcəyinə ürəkdən inanıram, bu dərman sənə kömək edəcək kimi sözlər əslində "Plasibo Effekti"nin yeganə terminləridir. Əslində tibbi cəhətdən heç bir effekti olmayan dərmanların xəstəni sağalmağına inandırılmış bir yöntəmdir. Dərmanlar ağız, damar yolları ilə qəbul edilə bilər. Əslində heç bir effekti olmayan bu dərmanların xəstənin özü-özünü müalicəetmə gücünü, qəbul etdiyi dərmanın işə yarayacağını və bu sayədə şübhəsiz sağalacağına inanmasından alır. Məsələn, günlərdir başı ağrıyan bir xəstəyə həkimin verdiyi dərman görünüşlü bir şəkər tezliklə xəstənin ağrılarını kəsir.

"Plasibo Effekti" 1700-cü illərdən bu yana ağrı çəkən xəstələr üzərində təcrübə edilib bir çox hallarda da xəstəliklərin bu yöntəmlə qarşısının alındığı tarixə məlumdur.

Günümüzdə də "Plasibo Effekti"ndən istifadə edilir. Lakin həkimlər bunun necə baş verdiyini hələ də müəyyənləşdirə bilmirlər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə