Bəzən saçımıza forma vermək üçün vaxtımız olmur. Həmin zaman demək olar bütün xanımlar eyni saç düzümündən istifadə edirlər - at quyruğu. SİA bu saç düzümünün ziyanlarını təqdim edir.
"At quyruğu" adı verilən saç yığma forması ən təhlükəli saç düzümlərindən biridir. Ən faydalı saç düzümü isə saçların açıq qalmasıdır. "At quyruğu" saç düzümünü yığmaq üçün saçın qısa və ya uzun olması əhəmiyyət kəsb etmir. Bunun üçün xüsusi avadanlıq və yardım ehtiyac yoxdur. Bu cür saç düzümündən həm qadınlar, həm kişilər, həm də uşaqlar istifadə edir. Amerikalı dermotoloqlar da hesab edirlər ki, saçın yığılması üçün sancaqlar (plastik, metal) düzgün qan dövranına mane olur. Bu zaman saçın böyüməsində, qidalanmasında problemlər yaranır ki, nəticədə onların tökülməsinə səbəb olur. Bu xüsusilə çox dartılmış saçlara aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB