Apple şirkəti tərəfindən təqdim edilən iPad 2 planşet kompüterlərinin ikinci versiyası artıq satışdadır. SİA-nın məlumatına görə, şirkət yeni versiyanın Avropanın 20 ölkəsində, Kanada, Meksika, Avstraliya və Yeni Zellandiyada satışda olduğunu bildirib. Növbəti satış ölkəsi Yaponiya olsa da orada baş verən fəlakət yeni versiyanın satışını təxirə salıb. Yeni avadanlıq bir neçə aydan sonra Cənubi Koreyada, Sinqapurda, Rusiyada və bir sıra digər ölkələrdə satışa çıxarılacaq.
Qeyd edək ki, dünya bazarında planşetin qiyməti ABŞ-dakı satışından baha olacaq. Belə ki, ABŞ-da iPad 2-nin ən ucuz modeli 16 GB yaddaş ilə 499 dollara satılır.
Qeyd edək ki, dünya bazarında planşetin qiyməti ABŞ-dakı satışından baha olacaq. Belə ki, ABŞ-da iPad 2-nin ən ucuz modeli 16 GB yaddaş ilə 499 dollara satılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB