Rus alimləri maqnezium ərintisinin istehsalı üçün unikal bir texnologiya icad ediblər. SİA xəbər verir ki, bu barədə Rusiyanın "Rossiyskaya qazeta"sı yazır.
Qəzet yazır ki, alimlər bu ərintini implantların istehsalı üçün istifadə etməyi planlaşdırırlar. Nəşrin yazdığına görə, ərinti əvvəllər tibbdə biokomponentli implantlar üçün istifadə olunan metallardan daha çevik və güclüdür. Elm adamları artıq Rospatentə müraciət göndəriblər.
Maraqlıdır ki, yeni texnologiyanın qiyməti də aşağıdır.
Alimlər onu da qeyd edirlər ki, lazım olacağı təqdirdə yeni implantlar bədəndə həll oluna da bilər.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB