On illik proqnoz

Zukerberq 2030-cu ilə qədər dünyada böyük dəyişikliklərin olacağını proqnozlaşdırıb. SİA xəbər verir ki, Facebook qurucusu Mark Zuckerberq, yeni on ildə dünyanı nə dəyişikliklər gözlədiyinə dair fərziyyə irəli sürüb.

Bu fərziyəyə əsasən Zukerberq hesab edir ki, 2030-cu ilə qədər nəsil dəyişikliyi nəzərə çarpacaq. Sosial şəbəkə qurucusu yeni on ildə kiçik müəssisələrə fayda gətirəcək texnologiyaların inkişaf edəcəyini proqnozlaşdırır.
"Hər kəsə mal satmaq, müştərilərə dəstək vermək və ya sosial şəbəkələr vasitəsi ilə pulu tez və ucuz köçürməyi təmin edə bilsək, dünyada daha çox imkanlar yaradacağıq", deyə Zuckerberq Facebook-da yazıb.

Sahibkar əmindir ki, 2030-cu ilə qədər smartfonlar əsas texnoloji platforma olaraq qalacaq, lakin insanlar daha çox virtual və genişlənən reallıq cihazlarından istifadə edəcəklər. Bu, insanların texnologiyaya münasibətini dəyişdirəcək və onları bir-birlərinə yaxınlaşdıracaqdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə