NASA kosmosda yaşayış olan ilk planeti kəşf edib. SİA xəbər verir ki, kosmik administrasiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, planet öz ulduzunun yaxınlığındakı "yaşayış zonasında" yerləşir ki, bu, suyun olması, eləcə də mikroorqanizmlərin inkişafı üçün bir şərt ola bilər.

Məlumata görə bu planetin paramentrlərin yer planetinin parametrləri ilə eynidir.

Aşkar edilmiş planet yerdən 20% böyükdür və o TOI 700d adlanır. Alimlər TESS peykindən və Spitzer teleskopundan istifadə edərək planeti aşkar edə biliblər. TOI700d, yerdən 100 işıq ili məsafədə yerləşir.
Alimlərin fikrincə, müşahidələr zamanı planetin yanındakı ulduzda alovlar qeydə alınmayıb ki, bu, planetdə həyatın yaranması üçün kifayət qədər işıq və istilik alma şansı deməkdir.

Verilən məlumata əsasən, ulduzun ətrafında müxtəlif ölçülü daha iki planet fırlanır. NASA, onlardan birinin Saturn kimi bir qaz nəhəngi ola biləcəyi qənaətindədir.

Bir mülahizəyə görə, TOI 700d, qalın bir atmosferi olan bir okeanın tamamilə əhatə etdiyi bir planet ola bilər ki, içində karbon qazı üstünlük təşkil edir. Başqa bir mülahizəyə görə, TOI 700d qitələr və okeanları olan buludsuz bir planetə bənzəyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə