Antalyalı Songül Uzunoğlu 4 dəfə dodaq böyütmə əməliyyatı etdirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, buna görə onun alt dodağı və ağızının içi çürüyüb.
Antalyada aşçılıq edən 3 uşaq anası S.Uzunoğlu gözaltı torbalarından qurtulmaq üçün də rəfiqələrinin məsləhəti ilə ötən ilin fevral ayında estetik mərkəzinə gedib. Uzunoğlunun qarın nahiyəsindən alınan yağı üzünə dolğu kimi istifadə ediblər. Bildiriblər ki, bu dolğu 2 il qalıcılıq müddəti var. O, həmin əməliyyat üçün 7500 pul ödəyib. Lakin dolğu qısa zaman ərzində yox olub. O, buna görə yenidən 3 dəfə əməliyyat etdirməli olub.
Alt dodağının büyük hissəsini itirən Songül Uzunoğlu həkimlər tərəfindən yenidən əməliyyat olunacaq.

Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB