Süd necə saxlanılmalıdır? FOTOLAR

Süd necə saxlanılmalıdır? FOTOLAR

Süd ən əsas qidalardan biridir və saxlama şəraiti sağlamlığımız üçün çox vacibdir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hər kəsə bəllidir ki, mağazadan alınan südün ağzı açıldıqdan sonra soyuducuda saxlamaq vacibdir.

Ona görə də südü soyuducuda düzgün şəraitdə saxlamaq lazımdır. Belə ki, südü soyuducunun qapısında saxlamaq olmaz.

Çünki soyuducunun qapısını hər dəfə açanda süd otaq temperaturu ilə təmas nəticəsində parçalanır. Odur ki, südü soyuducunun orta və ya aşağı rəflərində saxlamağınız məsləhətdir.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə