"Şeytandan qaçan" sürücü avtomobili ilə kilsəyə daxil olub

"Şeytandan qaçan" sürücü avtomobili ilə kilsəyə daxil olub

İspaniyada bir sürücü maşını ilə kilsəyə daxil olub. Polis sürücünü nəzarətə götürüb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Hadisə İspaniyanın Toledo şəhərinin cənubundakı Sonseka şəhərində yerləşən Müqəddəs San Xuan Evangelista kilsəsində meydana gəlib.

Bir sürücü avtomobili ilə kilsənin giriş qapısını sındıraraq içəriyə daxil olub. Avtomobil kilsə oturacaqlarını parçalayaraq qurbangahın qarşısına qədər gəlib.

Polis tərəfindən həbs olunan sürücü ifadəsində "Şeytandan qaçdım. Ondan gizləndim" deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə