Ekspertlər ictimai yerlərdə telefonlara enerji toplanılması ilə bağlı sahiblərini gözləyən ciddi bir təhlükə barədə xəbərdarlıq ediblər. SİA xəbər verir ki, bu barədə RİA "Novosti" yazır.
Məlum olub ki, USB girişləri ilə təcavüzkarlar telefonda saxlanan məlumatlara daxil olmaqla yanaşı zərərli proqramları da yükləyə bilərlər.
“Cet İnfosistemləri” təhlükəsizlik praktik təhlil laboratoriyasının mütəxəssisi Qeorgiy Starostin bildirib ki, mobil qurğular üçün ictimai yerlərdə enerji toplanılmasını telefonla qarşılıqlı əlaqə yaratmaq üçün əlavə avadanlıqların quraşdırılma riskini daşıyır.
Onun sözlərinə görə, bunu həm xidməti təqdim edən şirkət, həm də reklamçılar, habelə təcavüzkarlar istifadəçi barədə məlumat toplamaq üçün edə bilərlər.
Qeyd olunur ki, onlar hətta, sonradan sahibini təhdid etmək üçün fotoşəkilləri yükləyə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB