Dünyanın ən cəlbedici pasportu

İsveçrə şirkəti Henley & Partners pasportların cəlbedicilik reytinqini yeniləyib. SİA xəbər verir ki, siyahının yeni versiyası şirkətin saytında dərc edilib.

Siyahıya əsasən Rusiya 51-ci yeri tutub. Rusiya vətəndaşlığı olanlar ilk viza üçün müraciət etmədən 118 ölkəyə daxil ola bilirlər. Siyahıda birinci vətəndaşlarının 191 ölkəyə getmək imkanı olan Yaponiyadır. Vətəndaşlarının 190 ölkəyə daxil olmaq imkanı ilə ikinci yerdə Sinqapur qərarlaşıb. Almaniya və Cənubi Koreya üçüncü yerdə qərarlaşıblar və hər iki dövlətin vətəndaşları 189 ölkəyə daxil ola bilirlər.
Xatırladaq ki, reytinq, hərəkət azadlığı indeksinə, yəni vətəndaşlarının vizasıs hansı sayda ölkəyə keçmək imkanlarına əsaslanır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə