1,8 milyon dollara satılan balıq

Yaponiyada 278 kiloqramlıq mavi tuna balığı satışa çıxarılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, balıq 1,8 milyon dollara satılıb.

Tuna balığı dünyada ən böyük balıq bazarlarından biri sayılan Toyesuda keçirilən hərracda satılıb. Alıcı isə “Kiyomura” şirkətinə məxsus “Sushi Zanma” restoranlar şəbəkəsi olub.
Xatırladaq ki, mavi tuna balığı Yaponiyada delikates sayılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə