Dünyanın ən böyük çiçəyi

Dünyanın ən böyük çiçəyi İndoneziyada tapılıb. SİA Qərbi Sumatra Təbii Resursların Mühafizəsi Mərkəzi məlumatına əsasən RenTv-nin yayımladığı məlumata istinadən xəbər verir ki, alimlər İndoneziyada dünyanın ən böyük çiçəyini, Rafflezia adlanan çiçəyi tapıblar.

Çiçəyin diametri 122 santimetrdir.
Məlumata görə, Rafflesia, bu vaxta qədər dünyanın ən böyük çiçəyi hesab olunan çiçəyin yerində bitib və ölçüsü ondan bir neçə santimetr böyükdür.
Alimlər izah edib ki, rafflesia bir parazit çiçəkdir və yarpaqları, eləcə də kökləri yoxdur. Çiçək, həyat üçün lazım olan bütün maddələri hansısa bitkinin toxumalarından xüsusi əmici kökləri vasitəsilə alır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə