FİFA tərəfindən verilən mükafatı qatarda unutdu

FİFA tərəfindən verilən mükafatı qatarda unutdu

"Lion"un qadın komandasının kapitanı Vendi Renar üçün 2020-ci il yaxşı başlamayıb.

SİA xarici KİV-lərə istinadən xəbər verir ki, qadın futbolunun aparıcı üzvlərindən biri Parisdən Liona getmək üçün istifadə etdiyi qatarda iki mükafatının olduğu çamadanını unudub. Çamadanını götürmədiyini evinə çatanda bilən Renar daha sonra dəmiryolu stansiyasına geri qayıdıb. Ancaq onun mühafizəçilər tərəfindən tapılan çamadanında mükafatlar olmayıb.

Fransalı müdafiəçi sosial şəbəkə vasitəsi ilə mükafatlarının ona geri qaytarılması bağlı müraciət edib.

Qeyd edək ki, V.Renar FİFA tərəfindən 2019-cı ilin rəmzi komandasına daxil olub. Ona bu münasibətlə verilən mükafatın da oğurlandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə