Altsheymer xəstəliyi və demensiyaların digər növləri zamanı yaranan amiloid lövhələrinə qarşı Kaliforniya Universitetinin və Molekulyar Tibb İnstitutunun alimləri vaksin hazırlayıblar. SİA "EurekAlert!" nəşrində yerləşdirilən press-relizə istinadən xəbər verir ki, siçanlar üzərində aparılan təcrübələr uğurlu olub və mütəxəssislər tezliklə insanların iştirakı ilə preparatın klinik sınaqlarına başlamağı planlaşdırırlar.
Vaksin beta-amiloid lövhələrin və tau-zulallardan ibarət neyrofibrilyar kələflərin yaranmasına qarşı yönəldilib. Bu aqreqatların beyində koqnitiv pozulmalar, qocalıq ağılsızlığı və ölümlə nəticələnən neyrodegenerativ dəyişikliklərin əsas səbəbi olduğu hesab edilir.
Qeyd etmək yerinə düşərdi ki, təkcə ABŞ-da Altsheymer xəstəliyindən təxminən 5,7 milyon insan əziyyət çəkir və effektiv müalicə üsulları, etibarlı biomarkerlər, və ya profilaktik strategiyalar hələ də məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB