Yemək üçün, nəqliyyat üçün, əyləncə üçün, mədəni istirahət üçün, alkoqollu içkilər üçün, tütün məmulatları üçün və s. xərclər gündəlik xərclərə daxildir.
SİA müxtəlif ölkələrin əhalisinin yeməyə nə qədər pul xərclədiyi ilə bağlı RİA "Novosti" analitiklərinin araşdırmalarının nəticələrinə istinadən xəbər verir ki, ayrı-ayrı ölkələrdə bu göstərici fərqli olub. Nümunə üçün qeyd edək ki, Rumıniya əhalisinin xərclərinin üçdən biri yeməyin payına düşdüyü halda, ukraynalıların xərclərinin yeməyə sərf olunan hissəsi 50% olmaqla bundan daha çoxdur. Araşdırmaların nəticələrinə əsasən, 8,4% olmaqla, xərclərinin ən az payını yeməyə sərf edən Lüksemburq əhalisidir. Ardıcıl olaraq, Niderland və Böyük Britaniyada xərclərin ərzağa sərf olunan payı 10,6%, İrlandiyada 11,5%, Finlandiyada isə 11,7% təşkil edir.
Araşdırma və tədqiqatın nəticəsinə əsasən, xərclərin yeməyə sərf olunan payı Ukraynada 50 %, Qazaxıstanda 47.6%, Moldovada 43.8%, Şimali Makedoniyada 37.8%, Bolqarıstanda 36.5%, Belorusda 36.3%, Serbiyada 34.3%, Rumıniyada 33.3%, Litvada 31.5%, Rusiyada 30,2% müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB