İsveçrənin Bazel Universitetinin alimlərinin müəyyən etdiklərinə görə, antitellərin müxtəlif fəaliyyət mexanizmləri ilə eyni vaxtda istifadə edilməsi immun sistemini xərçənglə effektiv mübarizə aparmağa öyrədə bilər. SİA xəbər verir ki, bu barədə "MedicalXpress" nəşrində yerləşdirilən press-relizdə deyilir.
Tədqiqatçılar heyvanlar üzərində aparılan təcrübələrlə sübut ediblər ki, immun hüceyrələrini stimullaşdıran antitel effekti, onların "CD40" reseptorlarına təsir edərək şişlərin qan damarlarına yapışan digər antitellərlə gücləndirilə bilər. Əvvəllər "CD40"ın antitellərinə böyük ümidlər bəslənilirdisə də, xəstələrin cəmi 20 faizindən az qisminin belə bir müalicəyə reaksiya verdiyi məlum olub.
"CD40"ın antitellərinin yeni törəmələrin daxili hissələrində deyil, şişlərin periferik sahələrində yığılan sitotoksik T-limfositlərin (t-killerlərin) sintezinə gətirib çıxardığını alimlər müəyyən ediblər. Tədqiqatçılar "T-killer"lərin şiş toxumasına nüfuz etməsini yaxşılaşdırmaq üçün dərmanı yeni qan damarlarının yaranmasına təsir edən antitellərlə birləşdiriblər. Yeni birləşmə bağırsaq, döş və dəri şişləri olan heyvanlarda xərçəng toxumalarının məhv edilməsini yaxşılaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB