Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Qızıl meydanda hokkey oynayıb.
Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Qızıl meydanda yerləşən buz meydançasında hokkey oynayıb.
SİA "TASS" agentliyinə istinadən bildirir ki, Gecə Hokkey Liqası çərçivəsində keçirilən matçda Putinin komandası rəqibinə 8:5 hesabı ilə qalib gəlib.
Qalib komandanın heyətində qollardan yarıdan çoxunu dövlət başçısı rəqib qapısından keçirib. Vladimir Putinin komandasında, həmçinin Müdafiə naziri Sergey Şoyqu, Rusiya hokkeyinin əfsanələri Pavel Bure, Valeri Kamenski, Sergey Fyodorov, Aleksey Kasatonov və başqaları forma geyiniblər.
Rəqib komandanın heyətində isə Tula qubernatoru Aleksey Dyumin, biznesmenlər Qennadiy Timçenko, Vladimir Potanin və Roman Rutenberq, həmçinin musiqiçi İqor Butman yer alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB