Zəncəfilin bilmədiyimiz faydaları

Zəncəfilin bilmədiyimiz faydaları

Əsrlər boyu zəncəfildən soyuqdəymə, mədə pozulması və bir sıra xəstəliklərin müalicəsində xalq təbabəti vasitəsi kimi istifadə edilib. SİA-nın xəbərinə görə, bu günlərdə Corcia ştatı Universitetinin ( ABŞ) tədqiqatçıları aşkar ediblər ki, zəncəfilin gündəlik qəbul olunması fiziki hərəkətlərin yaratdığı əzələ ağrısını azaldır.

Zəncəfilin termal emalı onun ağrıkəsici effektini artıra bilər. Tədqiqatlar göstərib ki, zəncəfilin gündəlik qəbulu əzələ ağrısını 25 faiz azaldır.
Əzələ ağrısı, bir qayda olaraq ən geniş yayılmış ağrı növlərindəndir, fiziki hərəkətlərin yaratdığı ağrı isə idmanla və asudə vaxtla ( məsələn, bağbanlıqla) əlaqədar ən çox yayılan ağrıdır. Bu növ ağrını azalda biləcək hər hansı vasitə isə bu nasazlıqdan əziyyət çəkənləri sevindirəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə