Dişləri saralmaqdan necə qorumaq olar? - MARAQLI

Dişləri saralmaqdan necə qorumaq olar? - MARAQLI

Dişlər gündəlik həyatda yaxşı təəssürat yaratmaq üçün vacib bir vəzifəni oynayır. Dişlərin saralması ümumiyyətlə ağız gigiyenası tam təmin edilmədikdə yemək və içkilərin diş üzərində bir lövhə meydana gətirməsi vəziyyəti olaraq təyin edilə bilər. Bir çox insan səhər yuxudan oyanan kimi dişlərini fırçalayır və gün ərzində fırçanı təkrar istifadə etmir. Diş həkimləri bu amillərin siqaretin başlanğıcında, tez-tez siqaret istifadəsi və diş sağlamlığına sahib olmayanların ağız baxımına diqqət etməsi gərəkdiyini bildirir.

Saralmasın çox miqdarda çay və qəhvə istifadəsinin, siqaretin rəngi, dadı və təsiri ilə meydana gələ biləcəyini ifadə edən həkimlər buna görə gündəlik diş baxımından əlavə dil baxımının da çox vacib olduğunu söyləyirlər.
Texniki suyda xlorun sıx olduğu bölgələrin sakinlərinin dişlərində həddindən artıq xlorla əlaqəli rəngsizləşmələrin görünə biləcəyi ifadə edilib.

Lazımsız və şüursuz bir şəkildə antibiotik istifadəsinin diş sağlamlığına mənfi təsir göstərdiyi bildirilir.
Bazarda satılan ağardıcı məhsulların əksəriyyətinin təsiri çox azdır və dişlərə, diş ətlərinə zərər verə bilər. Şübhəsiz həkim tərəfindən tövsiyə olunan məhsullardan istifadə edilməlidir. Ağardıcı xüsusiyyətlərə malik diş pastaları ilə bir neçə ton diş rəngini yüngülləşdirmək demək olar ki, mümkün deyil. Xüsusilə bilinməyən, səlahiyyətli qurumların məhsulların təsdiqlənməməsi problemlərə səbəb ola bilər. Bütün bu səbələrə görə, dişlərin bir neçə ton bəyazlaşdırılmasına nail olmaq ilk olaraq qəbul etdiyimiz qidalara diqqət edərək diş təmizliyimizə fikir vermək, daha sonra isə ehtiyyac olduğu təqdirdə həkim məsləhəti ilə kiliniki bəyazlatma üsulundan istifadə etmək daha məqsədə uyğundur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə