"Saqqız" qədim insanlar və keçmiş bakteriyalar haqqında təsəvvür yaradır - MARAQLI
Danimarkanın Lolland şəhərində aparılan qazıntılar zamanı arxeoloqlar ağcaqayın qətranından hazırlanmış 5700 illik "saqqız" tapıblar. Yeni bir araşdırmada, Kopenhagen Universitetinin tədqiqatçıları qədim insan genomunu qətrandan ayırmağa müvəffəq olublar. İlk dəfədir ki, qədim bir insan genomu insan sümüklərindən başqa bir şeydən çıxarılılıb. SİA-nın verdiyi məlumata görə, qədim insan genomuna əsaslanaraq tədqiqatçılar ağcaqayın qətranının bir qadın tərəfindən çeynədiyini qeyd ediblər.
Onun genetik olaraq mərkəzi Skandinaviyada yaşayanlardan daha çox, materik Avropasında yaşayan tünd dəri, tünd saç və mavi gözlü qədim insanlara bənzədiyi müəyyən edilib.
Ağcaqayın qətranı cənubi Danimarkada yerləşən Syltholm-da arxeoloji qazıntılar zamanı tapılıb. Burada hər şey palçıqda möhürlənmişdir ki, bu da üzvi qalıqların qorunmasını tamamilə əvəzolunmaz edir. "Bu, Danimarkadakı ən böyük Daş dövrü ərazisidir və arxeoloji tapıntılar, Neolit dövrdə ərazidə yaşayan insanların, təbii sərvətlərdən yaxşı istifadə edə bildiklərini göstərir. Ərazidəki bitki və heyvan DNT-sinin izləri- xüsusi olaraq fındıq və ördək - insanlarin qidalanmasında əsas yer tutduğunu göstərir.
Bundan əlavə, tədqiqatçılar bir çox və fürsətçi patogenlər də daxil olmaqla bir neçə oral mikrobiotadan DNT çıxarmağa müvəffəq olublar. Palçıqdakı qoruma yaxşı olduğuna görə qədim insanların hansı mühitdə yaşaması və necə qidalanmaları mikrobiomda əks olunub.
Tədqiqatçılar, yoluxucu mononükleoz və ya boğaz vəzi qızdırmasına səbəb olduğu bilinən Epstein-Barr Virusunu müəyyən edə biləcək DNT tapıblar. Qədim "saqqız" əcdadımızın mikrobiomunun tərkibini və vacib insan patogenlərinin təkamülünü araşdırmaqda böyük potensiala malikdir. Bu, zamanla patogenlərin necə inkişaf etdiyini və yayıldığını və gələcəkdə necə davranacağını təxmin etməyə kömək edə bilər.
Ramilə Tanrıverdi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB