Ölüm mələyi Mengele... - MARAQLI

Bu hekayəmizdə milyonların qatilinin izindəyik. Cinayəti əksik olmayan bir həyat: 1911-ci ildə gələcəkdə irqlərin fərqliliklərini sübut edə bilmək xəyalları ilə yaşayan bir uşaq dünyaya gəldi. Adı Cozef Mengele. Bu adamın dəhşətli hekayəsini sizlərin nəzərinizə çatdırmaq istəyirəm. Tibbə uşaqlıq illərindən maraqlı olan, daim araşdırmalar edən bu uşaq 1938-ci ildə hələ 27 yaşında bir gənc ikən SS-ə, yəni Hitlerin Mühafizə Dəstəsinə qoşulur. Hekayəyə qanın qarışmağı da elə bu tarixdən başlayır. Müharibələrdə iştirak etmiş, yaralanmış amma nasizim ideologiyasını aldığı bu yaralarla daha da möhkəmləndirmişdi.

SS zabiti olduqdan sonra əsir düşərgələrinə gedərək orda fəaliyyətə, sən sağa, sən sola keç deyərək əsirlər arasında bölgü aparmağa başlayır. Bu bölgünün nə üçün edildiyi isə əsirlərin ağlına belə gəlməzdi. Sağ tərəfdəkilərə ağıla gəlməyəcək işgəncələr verilərək çalışdırıldığı vaxtda, sol tərəfdəkilər ölümə doğru irəliləyirdi. Ölüm mələyi Mengele beləliklə vəzifəsinə başlamışdı. Geyiminə hər zaman diqqət edən biri idi. Zərafətli, gülərüz, dəqiqlik kimi bir çox keyfiyyətlər Mengelenin içindəki heyvani hissləri boğmağa bəs etmirdi. Yəhudilərə və saf alman irqindən olmayan insanlara ölüm gətimək istəyirdi. Geyiminə o dərəcədə diqqət edirdi ki, özünə məxsus hazırlanmış kostyumlarını tamamlayan ağ əlcəkləri ilə məhşur idi. Əsir düşərgələrindən canlı qurtula bilən əsirlər onu bu ağ əlcəklərindən tanıyırdı. Əsirlərin sözlərinə görə o qədər kübar və nəzakətli idi ki, onun vəhşi bir qatil olacağı ağıllarına belə gəlməzdi.

4 gündür ac, susuz, təmiz hava belə almadan yükdaşıyan vaqonlarla iç-içə keçmiş şəkildə gətirilən minlərlə əsiri düşünün. Gətirildikləri yer isə müharibə ərəfəsində alman əsgərlərin yəhudilərin kökünü qurutduğu Holokost düşərgəsi idi. Soyqırımın davam etdiyi bir zamanda həyatda qalmağı bacaran Macarıstan yəhudiləri Mengelenin yeni qurbanları idi. SS əsgərləri əsirləri sürükləyərkən onları idarə edən isə ordakı dəliliyə, əziyyətə və yaşanan ölümlərə tamamilə zidd görünən bir SS zabiti, yaraşıqlı üzü, zərif bir gülümsəməsi, qüsursuz tikilmiş forması təmiz, ütülü və əlində qamçısı ilə Cozef Mengele iş başında idi. Holokost əsir düşərgəsində insanlar üzərində həyata keçirdiyi təcrübələrlə "Ölüm mələyi" olaraq tarixə adı düşmüş bu adamın təxminən 2 milyon insanın ölümündə əli olduğu düşünülür. Sadəcə yəhudilər üzərində deyil, homoseksuallar, qaraçılar, şikəst və əqli cəhətdən əlil insanların üzərində təcrübələr həyata keçirib. Ari alman irqindən olmayan almanları nasistlərin ideologiyasına inandırmaq üçün də bir çox təcrübələr həyata keçirdiyi bilinir. Bunlardan əlavə körpələrin üzərində təzyiq testi, xədimetmə, müqavimət, dərman testi kimi bir çox təcrübələr həyata keçirib. Labaratoriyaya aparmaq üçün konfetlə, şkoladla aldatdığı uşaqları təcrübədən sonra parçalayaraq öldürüb. Düşərgədə bitlənmə başladıqda isə bitlənmiş 750 qadını qazla boğaraq öldürüb. Rəngli gözlü uşaqların gözlərinə şprislə bəzi kimyəvi maddələr inyeksiya edərək təcrübələr həyata keçirib göz rənglərini dəyişdirməyə çalışan, yenicə dünyaya gəlmiş uşağı ac qoyaraq neçə gün ac qalacağını ölçə biləcək qədər də cani ruhlu biri idi. Həkim Mengelenin vəhşi təcrübələrinə məruz qalan uşaqlardan biri olan İshak Qanonun illər sonra ağzından çıxan bu sözlər insanın qanını dondurur. Onun sözlərinə görə, “Mengele içəri girdi, narkoz etmədən qarnımı yardı və böyrəyimin birini kəsərək əlinə aldı. Böyrək onun əlində başı kəsilmiş toyuq kimi qıvranırdı. Mən isə ağrıdan var gücümlə bağırırdım”.

Holokost düşərgəsindən canlı qaça bilən digər əsirin danışdıqlarına görə, birbaşqa hadisədə torpaqda bir çuxur qazılır və ətrafı atəşə verilir. “10 yük maşını dolusu uşaq gətirilmiş və ətrafı alovlarla mühasirəyə alınmış çuxurların içinə artdırıb. Qaçmağa çalışanları başqa bir zabit dəyənəklə vuraraq çuxura yuvarlayırdı. Mengele isə olanları məmnun bir şəkildə izləyirdi”.

Günahsız minlərlə qurbanına tətbiq etdiyi psixoloji və fiziki işgəncələrin sayı və böyüklüyü üstü açılan hər yeni hadisə ilə getdikcə artır. Psixiyatr həkim Tobias Buroşürün fikirlərinə görə, acı verməkdən deyil, ölüm və həyat arasında qərar verən vəzifəli şəxs olmaqdan, bu gücə sahib olmaqdan zövq alırmış Mengele. Həkim Cozef Mengele 17 yanvar 1945-ci ildə Rusiya ordusunun Almaniyaya girməsi ilə Holokost əsir düşərgəsindən qaçaraq Argentinaya köçdü. Demək olarki, yaddan çıxdı. 17 yanvar 1985-ci ildə Holokost əsir düşərgəsindən qaçaraq sağ qalan bir neçə nəfərin oraya səfərləri və xatirələri sayəsində təkrar gündəmə gəldi. Bir anda bütün dünya televiziyalarında Mengeleyə aid xəbərlər, görüntülər göstərilməyə başlandı. Hər kəs yaşanan vəhşəti öyrəndi. Axtarış əməliyyatları yenidən başlandı. 31 may 1985-ci ildə Mengelenin keçmiş bir dostu və Avropadakı tanışı Hans Saldmayerin evində aparılan araşdırma əsnasında yazdığı bir neçə məktub ələ keçirildi. Biraziliyalı olduğu öyrənilmişdi. Səlahiyyətli şəxslərə xəbər verildi və 1 həftə içində yanında qaldığı ailə və məzarı tapıldı. 1979-cu ildə boğularaq ölübmüş. Skeletinin ekpertizadan keçiriliməsindən sonra həqiqətən də Mengele olduğu məlum oldu. Ölümsüzlüyü axtaran bir adamın ölümə məğlub olması, iqrinin və vətəninin çox önəmli olduğunu düşünən bir həkimin başqa torpaqlarda ölməsi də yəqin ki, ədalət tərəzisinin ona verdiyi ən böyük cəza idi.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə