Artıq yaxın onilliklərdə bəşəriyyət emal edilmiş tullantılardan daha fəal istifadə etməyi və yararsız hala düşmüş torpaqların münbitliyini bərpa etməyi öyrənməli olacaqdır.
SİA-nın xəbərinə görə, Rusiya Nanotexnologiya Cəmiyyətinin vitse-prezidenti Georgi Malinetski bu fikri Peterburqda, "Tullantıların resiklinqi" mövzusunda VIII Beynəlxalq konfransda söyləyib.
Artıq yaranmış və yeni yaranan tullantıların resiklinqi (tullantıların istehsal-istehlak dövriyyəsinə qaytarılması) və torpaqların rekultivasiyası tədbirləri öz miqyasına görə, müvafiq surətdə, dünyanın hərbi-sənaye və nəqliyyat kompleksi ilə müqayisə edilməlidir.
Alim xəbərdarlıq etmişdir ki, 2035-ci ilə qədər bəşəriyyət zibilin ucbatından kosmosu itirəcəkdir.
Hazırda Yer orbitində 110 min "kosmik zibil" qırıntısı dövr edir, onlardan yalnız 30 mininə nəzarət edilir. Bu gün müşahidə edilən qırıntıların ən kiçiyi təqribən yumruq boydadır, halbuki barmağın bir halqası boyda qırıntıları izləmək zəruridir.
İşlər belə gedərsə, 2035-ci ilə qədər yaxın kosmosa gəmilərin təhlükəsiz çıxarılması qeyri-mümkün olacaqdır.
Yer kürəsində vəziyyəti öyrənmək üçün işlənib hazırlanmış riyazi modellər və proqnozlar daha ciddi həyəcana səbəb olur. Dünya dinamikasının modeli göstərir ki, tullantıların həyat təminatı və təkrar dövriyyəsi üzrə yeni strategiyaya keçmək üçün dünya birliyinin 10-15 il vaxtı qalmışdır. Bu araşdırmaların çoxunun tətbiq edilməsinin ləngiməsinə səbəb maliyyələşdirmənin olmamasıdır.
Dünyada baş verən proseslərin dinamikası göstərir ki, artıq bu yüzilliyin ortalarına qədər dünya üzrə istehsal edilən ümumi məhsulun dörddə bir hissəsi ətraf mühitin mühafizəsinə və tullantıların təkrar dövriyyəsinə sərf ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB