“Simit” Oksford lüğətinə əlavə olundu

İngilislər “simit” sözünü lüğətlərinə əlavə ediblər. Dünyaca məşhur Oksford lüğətinin yenilənərkən Türkiyənin əvəzolunmaz ləzzətinə də yer verilib.

SİA-nın "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, qoxusu, ləzzəti, xırtıldayan xəmiri ilə Türkiyənin hər küçəsində rast gəlinən simit türklərin əvəzolunmaz ləzzəti, dünya üçün isə fərqli bir daddır. Bənzərləri başqa ölkələrdə olsa da ingilislər xalis türk simitinə başqa bir ad verməmək qərarına gəliblər.

Dünyaca məşhur Oksford ingiliscə lüğətinə bir çox yeni söz əlavə olunub. O sözlərdən biri də “simit” sözüdür. İngilis dilçiləri bu türk ləzzətini lüğətlərinə əlavə ediblər.

Lüğətdə simit Türkiyə mənşəli, üzərinə bəkməz sürtülən və küncüt səpilən bir çörək növü olaraq qeyd olunub.

Türkiyəyə gələn turistlər Amerikadakı bagelə oxşatdıqları simiti “turkish bagel” adlandırırdılar.

Sözügedən yenilik nəticəsində ləzzətin əsl adını artıq dünya bilmiş olacaq.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə