Göbələk yığmağa gedən ata və 2 oğlu itkin düşdü

Rusiyanın Kemerovo vilayətində itkin düşmüş 1 ailənin 3 üzvü axtarılır.

SİA “gazeta.ru” saytına istinadən bildirir ki, Kemerovo sakini 1967-ci il təvəllüdlü Vladimir Qibadulin avqustun 4-də oğulları 2014-cü il təvəllüdlü Sergey və 2017-ci il təvəllüdlü Vladimir Vladimiroviçlə bilikdə itkin düşüb. Onların itkin düşməsi barədə polisə məlumat verilib. Məluamata görə, ata və oğulları göbələk yığmaq məqsədilə evdən çıxmış və bir daha geri qayıtmamışlar.

Onların göy rəngli "Ural" motosikletində yola çıxdıqları bildirilir. İtləri də onlarla bərabər olub. Hazırda polis ata və oğulların gedə biləcəyi meşə ərazilərini axtarır.

Bütün xəbərlər Facebook səhifəmizdə