Elizabet Teylorun avtomobili Nyu-Yorkda hərraca çıxarılıb.
SİA xarici “gazeta.ru” saytına istinadən bildirir ki, hərrac avqustun 6-da keçiriləcək.
Aktrisanın "Rolls-Royce" markalı avtomobilinin ilkin hərrac qiyməti 2 milyon dollardır.
Bozumtul yaşıl rəngli avtomobilin dam hissəsi açılıb-bağlanır. Cihaz lövhəsi Karpat qarağacından hazırlanıb. Avtomobilin qapılarında Teylorun və əri Eddi Fişerin inisialları var.
Sifarişlə hazırlanan bu avtomobil Teylor-Fişer cütlüyünə 1960-cı ildə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB