"WWF-Belçika" Təbiəti Mühafizə Təşkilatı və "Réseau Loup" komitəsi (Valloniya hökuməti tərəfindən məxsusi olaraq canavarların öyrənilməsi məqsədilə 2017-ci ildə yaradılmış fransızdilli ekspertlər qrupu) bu günlərdə Belçikanın Lüksemburq əyalətində (Lüksemburq dövləti ilə qarışdırmayın) daha bir canavar aşkar edildiyini bildiriblər.
SİA xəbər verir ki, bu, son iki ildə Belçikada aşkar edilmiş dördüncü canavardır. Nöfştate şəhərinin yaxınlığında, Ebli kəndində aşkar edilmiş bu heyvanın fotoşəkillərinə və onun ekskrementlərinin DNT analizinin nəticələrinə əsasən məlum olub ki, Belçikaya Almaniyadan və Şərqi Avropadan gəlmiş digər həmqəbilələrindən fərqli olaraq bu canavar İtaliyanın Alp dağlarından gəlib.
"WWF-Belçika" təşkilatı bildirir ki, canavar Şimali İtaliyadan bu yerə gəlmək üçün təqribən 800 kilometr məsafə qət edib.
Alimlər canavarların hər iki növünün Belçikaya gələcəyini əvvəlcədən söyləyiblər. İndi onların hər ikisinin burada olması "biomüxtəliflik" (biodiversity) üçün yaxşı xəbərdir. Bu, o deməkdir ki, burada onların hərəkət etmək, özləri üçün yem ovlamaq və salamat qalmaq üçün kifayət qədər geniş məkan və yemək var.
Doğrudur, canavarlar əsasən xırda gəmiricilərlə qidalanırlar. Amma hər halda belçikalı Qırmızıpapaq nənəsinin yanına gedəndə meşədən keçməsə yaxşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB