Lənkəranda qışın oğlan çağında alça ağacı bar gətirib. SİA-nın cənub bürosunun məlumatına görə, anomal hava şəraiti meyvə ağaclarını da çaşdırıb.
Belə ki, rayonun Xolmili kənd sakini Şahzadə İbrahimovanın həyətindəki alça ağacı ikinci dəfə bar verib. Ev sahibinin sözlərinə görə, qış meyvəsi istər dadı, istərsə də görünüşü ilə yayda yetişənlərdən heç nə ilə fərqlənmir.
Qəribədir ki, ağacın üzərində meyvələr ilə yanaşı, yeni açılan çiçəklər də var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB