Vulkan püskürmələri qlobal fəlakətə səbəb ola bilər

Çin akademiyasının Atmosfer Fizikası İnstitunun alimləri, vulkanların həddindən artıq püskürməsi, ozon qatının bərpa olmasına mane ola biləcəyini bildirmişdir.

SİA xəbər verir ki, vulkan qazlarının stratosferə təsirini hesablamaq üçün, tədqiqatçılar kimya-iqlim və kimya-nəqliyyat modelindən istifadə etmişdir. Əgər ozon maddələrinin tərkibi 1990-cı illərdə atmosferdəki miqdarının yarısına bərabər olsa, ozonun miqdarı dünya üzrə 6% aşağı düşəcək.

Ozon maddəsinin bütün antropogen mənbələri ləğv edib, yanız təbii mənbələri saxlasaq, vulkan püskürmələri ozon qatının qlobal olaraq 2,5% sıradan çıxmasına səbəb olacaq. Tropik hissələrdə isə bu 4,4% olacaq. Lakin, fəlakət nəticəsində atmosferə, ozon molekullarının məhv edilməsində birbaşa iştirak edən, daha çox halogenlər buraxa bilər. Halogenlərin birbaşa olaraq ozon molekullarının məhv edilməsində iştirak etməsi qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə