Nokia və Microsoft korporasiyaları birgə yeni smartfonlar hazırlayacaqlar
Nokia və Microsoft korporasiyaları Windows Phone platforması bazasında yeni smartfonun işlənib hazırlanması üzrə əməkdaşlığa başladıqları barədə elan ediblər. SİA-nın məlumatına görə, Nokia-nın rəsmi bloqunda hər iki şirkətin baş direktorları Stefen Elop və Stiv Balmer tərəfindən imzalanmış açıq məktub yerləşdirilib.
Məktubda qeyd olunur ki, Nokia Windows Phone əməliyyat sisteminin strateji irəliləməsi ilə məşğul olacaq. Bundan əlavə Finlandiya şirkəti yeni smartfonda tətbiq olunacaq "onun dünya liderli olduğu" qrafik işləmələri də öz üzərinə götürür.
Öz növbəsində Microsoft yeni smartfonu Bing sisteminin axtarış imkanları ilə təmin edəcək. Əməkdaşlıq çərçivəsində həmçinin Nokia Maps kartoqrafik işləməsi nəinki Windows Phone platformasında, eləcə də Microsoft-un digər məhsullarında tətbiq olunacaq.
Windows Phone bazasında istehsal xətti Nokia-nın smartfon seqmentinin digər məhsulları arasında prioritet istiqamətə çevrilməlidir. Yeni işləmənin Google Android platformasında yığılmış smartfonlarla rəqabət aparacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə