2012-ci ildə İsveçrənin Cenevrə şəhərində Dünya Radiorabitə Konfransı keçiriləcək
2012-ci ildə İsveçrənin Cenevrə şəhərində Dünya Radiorabitə Konfransı keçiriləcək. Dövlət Radiotezliklər İdarəsindən SİA-ya verilən xəbərə görə, qeyd olunan tədbirlə əlaqədar olaraq bu ilin fevral ayının 14-də həmin şəhərdə konfransda iştirak edəcək nümayəndə heyətinin toplantısı keçiriləcək. Bu məqsədlə Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev adı çəkilən Avropa ölkəsinə ezam olunacaq. Toplantı həmin ayın 25 də öz işini yekunlaşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB