Ötən il ən çox beynəlxalq patent ərizəsi təqdim olunan sahə hansılardır?
2010-cu ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Patent kooperasiyası haqqında müqaviləsində (Patent Cooperation Treaty, PCT) əks olunan prosedur üzrə təqdim olunmuş beynəlxalq patent ərizələrinin sayı 4,8 faiz artıb. SİA-nın Rusiya mətbutına istinadən verdiyi xəbərə görə, bu barədə Təşkilatın ilkin statistik hesabatında qeyd olunur.
Belə ki, 2010-cu ildə təqdim olunan patent ərizələrinin sayı 162,9 min təşkil edib. Ötən il ərzində ən çox patent sorğusu təqdim olunan sahə isə rəqəmli kommunikasiyalar olub – 10,6 min ərizə.
Müvafiq siyahda ikinci yerdə 10.5 minlə tibb texnologiyaları 9.5 minlə üçüncü yerdə isə kompyuter texnologiyaları durur.
Dördüncü yerdə 9.1 minlə elektrotexnika və energetika avadanlıqları, beşinci yerdə isə 7,8 minlə əczaçılıq sahələri tutur.
Dünya üzrə ötən il ən çox patent təqdim olunan ölkə isə Amerika Birləşmiş Ştatlarıdır. Burada 2010-cu il ərzində 44,9 min ərizə verilib. İkinci yerdə 32,2 min patentlə Yaponiya, üçüncü yerdə isə 17,2 min ərizə ilə Almaniya gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə