Paltarların ömrünü necə uzatmaq olar?

Paltaryuyan maşında paltar yumaq qulağa asan gəlsə də diqqət edilməsi lazım olan bəzi nüanslar var. Hörmətli xanımlar, paltar yuyarkən diqqət edəcəyiniz məqamlar aşağıdakılardır:

Qaynar suda paltar yumaq

Paltarlar ilıq suda yuyulduqda forma və rəng itkisi minimuma düşür. Yüksək istilik paltarların formasını və rəngini itirərək, daha sürətli köhnəlməsinə yol açır. Həmçinin, ilıq su ləkələri təmizləməkdə isti su qədər təsirlidir.

Paltaryuyan maşını çox ləkəli paltarlarla doldurmaq

Çox ləkəli paltarlar əvvəlcədən islağa qoyulmalı, sonra əldə ləkə çıxarıcı yuyucu vasitə ilə yuyulmalıdır. Qoltuq altındakı ləkələri limon suyu ilə apara bilərsiniz. Ot ləkəsi isə sirkə və yuyucu vasitə qarışımı ilə asanlıqla təmizlənir. Həddindən çox yuyucu vasitə və ya yumşaldıcı paltaryuyanda yığılaraq ondan pis qoxu gəlməsinə səbəb olur. Çirkli paltarları həddindən artıq yuyucu vasitə töküb yumaqdansa, iki dəfə normal ölçüdə yuyucu vasitə istifadə edərək yumaq daha yaxşı seçimdir.

Zərif paltarları paltaryuyan maşında yumaq

Paltaryuyan maşında normal yuma busqalterlərin formasını itirməsinə səbəb olur. Buna görə bu cür paltarları əldə yumaq daha faydalı bir üsuldur.

Ağardıcı vasitə istifadə etmək

Ağardıcı vasitə paltarların xarab olmasına səbəb ola biləcəyindən istifadəsi minimum səviyyədə olmalıdır. Artıq olarsa, paltarların formasını poza bilər.

Cins paltarları tez-tez yumaq

Cins paltarların rənginin itməməsi üçün paltaryuyan maşında yumamalısınız. Əgər cinslərinizi paltaryuyan maşında yumağa israr edirsinizsə, bu, 6 ayda sadəcə bir dəfə olmalıdır. Cinslər üçün ən uyğun yuma forması əldə yumaqdır.

Paltaryuyan maşına qulluq etməmək

Çirk, yuyucu vasitə qalıqları və zamanla kirəçlənmə kimi faktorlar paltaryuyan maşının ömrünü azaldacaq.

Buna əngəl olmaq üçün:

- Hər yumadan sonra paltaryuyan maşının qapağını açıq saxlayıb havalandırın.

- Qapağındakı silikonun arasında yığılan qalıqlları təmizləyin.

- Yuyucu vasitə tökülən bölməni ayda bir dəfə yuyun.

- Ayda bir dəfə paltaryuyanın içinə sirkə və yuyucu vasitə tökərək işlədin.

Bütün xəbərlər Facebook səhifəmizdə