Rusiyada bir şirkət qəribə addım atıb. Rusiya mətbuatının yazdığına görə, şirkət rəhbərliyi mini ətək geyinən işçilərə saat başına 100 rubl artıq ödəyəcəyini bildirib. Qadınlar bu pulu ala bilmək üçün geyimlə foto çəkdirərək rəhbərliyə göndərməlidir. 60 nəfər işçinin artıq bu kampaniyaya qoşulduğu bildirilir.
Sosial media istifadəçiləri isə bu addımın çox alçaldıcı olduğunu deyiblər. Rəhbərlikdən açıqlama isə gecikməyib. Yerli nəşrlərdən birinə açıqlama verən firma rəsmisi bunu pis niyyətlə etmədiklərini bildirib:
"İşçilərimizin 70 faizi kişidir. Qadın işçilərimizdən əksəriyyətə işə şalvarla gəlir. Biz də bu addımı ataraq onların qadınlıqlarının və cazibələrinin fərqində olmasını istədik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB