Google Chrome 9 brauzerinin stabil versiyasını buraxıb

Google Chrome 9 brauzerinin stabil versiyasını buraxıb
Google şirkəti Chrome 9 brauzerinin stabil versiyasını buraxıb. SİA-nın məlumatına görə, hazırda beta-test mərhələsindən çıxarılan final versiya bütün istifadəçilər üçün açıqdır. Brauzerin stabil versiyası istifadəçilərə bundan əvvəl yalnız tərtibatçılar üçün əlçatan olan bir sıra yeni imkanlar təqdim edir. Qeyd edək ki, yeni versiya Crome Instant funksiyasını yəni veb-səhifələri və axtarış nəticələrini həmişəkindən daha sürətlə açmaq imkanı verəcək.

Bununla belə istifadəçilər üçün sonuncu iki yenilik daha əhəmiyyətli olacaq ki, bu imkanların köməyi ilə onlar internetdə müasir qrafika ilə işləyə və brauzerin funksionalının genişləndirilməsi üçün müxtəlif proqramlar yükləyə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə