Nokia şirkəti mobil telefonlar üçün yeni velosiped adaptoru buraxıb. SİA-nın məlumatına görə, yeni dəsti Avropa ölkələrindən əldə etmək mümkündür. Nokia şirkətinin məlumatına görə, velosipedçilər saatda 6-50 kilometr sürətlə hərəkət edərkən belə yeni qurğu ilə öz mobil telefonlarına enerji yükləyə bilərlər. Yeni qurğu vasitəsilə enerjinin yüklənməsi mobil telefonun model və batareyasından asılı olaraq dəyişəcək. Rusiya saytlarında adaptor dəstin Avropa ölkələrində qiyməti 30 avro təşkil etdiyi bildirilsə də Nokia şirkəti tərəfindən onun qiyməti haqqında heç bir məlumat bildirilmir.
Qeyd edək ki, velosiped adaptoru ötən ilin iyun ayında təqdim edilib. Qurğunun ötən ilin sonuna qədər satışa buraxılacağı deyilsə də gecikmənin səbəbləri hələ də açıqlanmır.
Qeyd edək ki, velosiped adaptoru ötən ilin iyun ayında təqdim edilib. Qurğunun ötən ilin sonuna qədər satışa buraxılacağı deyilsə də gecikmənin səbəbləri hələ də açıqlanmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB