Hüsnü Mübarəkin nə qədər sərvəti var?

Hüsnü Mübarəkin nə qədər sərvəti var?

Məşhur iqtisadçı ekspert Con Perkins Orta Şərqdəki qiyamlar və Misir prezidenti Hüsnü Mübarəklə bağlı maraqlı açıqlamalar verib. SİA-nın məlumatına görə, Türkiyənin "Təqvim" qəzetinə açıqlama verən C.Perkins İordaniya, Yəmən, Sudan və Misirdəki üsyanların 5-6 ay əvvəl baş verəcəyini təxmin etdiyini bildirib.

 

Bölgə ilə bağlı müxtəlif ssenarilərin olduğunu qeyd edən ekspertin sözlərinə görə, hər ölkə öz gələcəyini düşünərək planlar qurarkən bu ölkələri də həmin plana daxil etmək istəyir. Onun fikrincə, Tunis, Livan və Misirdə baş verənlər ABŞ üçün o qədər də müsbət deyil: "Ancaq ABŞ-ın hər mənfiliyə qarşı bir planı var. ABŞ bu üç ölkədə qan itirdiyi bir vaxtda, alternativ planı da hazırlayıb".

 

C.Perkinsin açıqlamalarını aşağıdakı kimi qruplaşdırmaq olar:

 

- İordaniyada ABŞ heç nə itirməz. Kral Abdullah getsə belə, ABŞ üçün dəyişən bir şey yoxdur. Yəmən və Sudanda da hər şey ABŞ üçün müsbətdir. Sudandakı neft ABŞ-ın düşüncəsinə görə, etibarlı əllərdədir.

 

- Misir, Livan və İordaniya ABŞ banklarında pulun miqdarı 300 milyard dollardan çoxdur. Livan və İordaniyanın adına olan pul 250 milyard dollardan çoxdur. Lakin Misirlə bağlı maraqlı bir vəziyyət yaranıb. Təxminən 55 milyard dollarlıq bir pulun kimə məxsus olduğu bilinmir. Bu pulun Misir prezidenti Hüsnü Mübarəkin olması ehtimalı da az deyil. Bu məsələdə dəqiq bir şərh verə bilmirəm. Bildiyim bir gerçək var. O da Misirin ABŞ banklarındakı 55 milyard dolların dövlət adına olmamasıdır.

 

- Bəşər Əsədin rəhbərlik etdiyi Suriyada xalq qiyamı baş verməz. Ən azından yaxın 3-5 ilə belə bir ehtimal yoxdur. Əlcəzair və digər ölkələrdə isə üsyan hər an baş verə bilər.

 

Qeyd edək ki, "Financial Times" qəzeti adını açıqlamadığı bir Orta Şərq ekspertinə istinad edərək verdyi xəbərdə Hüsnü Mübarəkin 30-40 milyard dolları olduğunu yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə