Şirin içkilər insanı sakitləşdirir

Şirin içkilər insanı sakitləşdirir

Avstraliyalı alimlər müəyyən ediblər ki, şirin çay və qəhvə insanı sakitləşdirir.

SİA-nın xəbərinə görə, alimlər sübut ediblər ki, belə içkilər emosiyaları və əsəbləri cilovlamağa kömək edir.

Mütəxəssislər könüllülərə bir-neçə çətin məsələ veriblər. Birinci qrupun çay və qəhvəsini şəkərlə, ikinci qrupun içkilərini isə şəkər əvəzləyicisi ilə şirin ediblər. Sonra alimlər onların gördükləri işi bilərəkdən tənqid ediblər. Şəkərli içki içənlər tənqidi daha sakit qarşılayıblar.

Ona görə də ekspertlər ailədə və iş yerində ixtilaflara yol verməmək üçün şirin çay və qəhvə içməyi məsləhət görürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə