"Microsoft" korporasiyası "Apple" şirkətinə etiraz edib

"Microsoft" korporasiyası "Apple" şirkətinə etiraz edib
"Microsoft" korporasiyası "Apple" şirkəti tərəfindən App Store ticarət nişanının istifadə olunması üçün xüsusi icazə verilməsinə rəsmi etirazını bildirib. SİA-nın lenta.ru-ya istianəd verdiyi xəbərə görə, şirkət rəsmi etirazla bağlı müvafiq ərizəsini 2010-cu ilin iyun ayında ABŞ Patent Bürosuna təqdim etsə də, sözügedən etiraz haqqında yalnız cari ilin yanvar ayında məlum olub.

"Microsoft" hesab edir ki, ticarət nişanının adında ümumi işlədilən app (application – "əlavə") və store ("mağaza") sözləri istifadə olunur. Bunu əsas tutaraq korporasiya sübuta yetirməyə çalışır ki, App Store nişanının qeydiyyatdan keçəcəyi təqdirdə ABŞ-ın müvafiq qanunvericiliyi pozulmuş olacaq. Qanunvericilik isə ümumi işlədilən sözlərdən ibarət ticarət nişanlarının qeydiyyatdan keçməsini qadağan edir.
Qeyd edək ki, "Apple" "Microsoft"-un etirazına səbəb olan bu ticarət nişanının qeydiyyatdan keçməsinə dair ərizəni 2008-ci ildə iPhone smartfonları üçün App Store onlayn mağazanın istifadəyə verilməsindən bir həftə sonra təqdim edib. Orada bildirilir ki, "App Store" adı mobil proqramların satışı ilə məşğul olan internet-mağazanın işarə edilməsi üçün istifadə olunmalıdır. Amma buna baxmayaraq sorğu qəbul edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə