"Facebook"da bir istifadəçi rekorda imza atıb

"Facebook"da bir istifadəçi rekorda imza atıb

"Facebook"da bir istifadəçi rekorda imza atıb. Rekord isə pərəstişkar ordusudur. SİA-nın xəbərinə görə, rekord sahibinin adı Haydidir. İstifadəçilər Haydinin şəklini görən kimi onu dostluğa əlavə edirlər. Çünki onun özünəxas bir imici var.

İstifadəçilərin ən çox sevdikləri tərəfi isə onun çəp gözləridir. Haydinin hətta sosial şəbəkədə öz rubrikası var. Həmin rubrikada Haydi ona verilən sualları cavablandırır. Hazirda Haydi Almanya zooparkında ulduz olmağın keyfini çəkir. O ulduz olmağın nə olduğunu bilməsədə, onun uçun yaradılan şəraitdən tam razı görünür. Haydinin baxıcısının sözlərinə görə, onun bu cür olması genetik qüsurun məhsuludur.

"Ancaq səhhətində heç bir problem yoxdur. Dünyanın bir çox yerlərindən onu görməyə gələnlər var. Fikrimcə o özü də bunu başa düşür. Cünki insanları gördükdə keyfi daha da artır."

Bütün xəbərlər Facebook səhifəmizdə