Döyüş təyyarələrinin səsini necə azaltmalı?

Döyüş təyyarələrinin səsini necə azaltmalı?

XX əsrdə təyyarə texnologiyası çox ağır irəlilədi. Ancaq XXI əsr üçün nəzərdə tutulan inqilaba zəmin hazırladı. Hər keçən gün mülki və hərbi təyyarələrin yeni modelləri ilə tanış oluruq.

 

Uzun məsafəli uçuşların 1952-ci ildə başladığı "reaktiv dövr"dən indiyə kimi təyyarə istehsalı ilə məşğul olan şirkətlər xeyli yenilk və dəyişikliklər gətirib. Hətta, 27 fevral 1903-cü ildə əfsanəvi təyyarələri ilə ilk uçuşlarını reallaşdıran Rayt qardaşları belə bu gün qazanılan nailiyyətlərə çaşardılar. On illərdir ki, təyyarələr üzərində kiçik, amma davamlı dəyişikliklər edilir. Daha səssiz çalışan mühərriklər, möhkəm gövdələr, hava sürtünməsini azaldan qanadlar və sair. Ancaq daha böyük və köklü dəyişikliklər üfüqdə görünür; gələcəyin hava vasitələri fizika qanunları ilə belə duelə girəcək. "Concorde" arxada qalan 50 illik müddətdə fərqliliyi ən çox nəzərə çarpan model idi. Ancaq səsdən sürətli təyyarə inqilabı heç bir zaman tam mənası ilə həyata keçirilə bilmədi.

 

Problem yüksək səsin yaratdığı səs-küy çirkliliyi idi. "Concorde" modeli "Mach 2" səviyyəsinə çata bilir, amma yalnız Atlantik okeanının üzərində uçuşu zamanı. Eyni şəkildə "Boeing Sonic Cruiser"in də yalnız səs sürətinin altında uçmasına icazə verilir. Təyyarələrdən yayılan səs-küy çirkliliyi üçün çox ciddi qaydalar tətbiq olunur. Artıq pəncərələri titrədən təyyarələrin uçuşuna icazə verilmir.

 

Yüksək səs şok dalğaları şəklində yayılır. Bu dalğa təyyarənin ön hissəsindəki yüksək təzyiq və arxa hissəsindəki alçaq təzyiqə görə "N" formasındadır. Şok dalğasına təyyarənin aerodinamik quruluşunun dəyişdirilməsi ilə maneə törədilə bilir. Ağlabatan olmasa da kor nöqtə şok dalğasının qarşısında bir təzyiq dalğası yaradaraq səsi uzadır. Mühərrikin səs-küyü bəlkə daha uzun olur, ancaq səsin şiddəti azalır.

 

Qaldırma səthi olaraq qanadların əvəzinə təyyarənin bütün gövdəsindən istifadə etmək də başqa bir üsuldur. Beləliklə, səs-küy daha geniş bir sahədə yarandığından yüngülləşir. Təyyarə istehsalçılarından "Lockheed" və "Fulfstream" şirkətləri "Gurultusuz süpersonik təyyarə texnologiyası" adını verdikləri proqramla 2005-ci ildə uçurmağı planlaşdırdıqları prototipdə bu texnikaları birləşdirirlər. "Concorde" modeli yer səviyyəsində, hər 2,51 kvadrat santimetrə 0,9 kiloqramlıq təzyiq tətbiq edir. Hərbi təyyarələr 0,45 kiloqramlıq bir təzyiq yaratdığı halda proqram təyyarəninin 0,45 kilokram təzyiqlə daha az səs-küyə səbəb olacağını təxmin edir. Bu da əhalisi çox olan şəhərlərin səmalarında daha az səs-küy deməkdir.

 

Təyyarə mühərriklərindən yüksələn səsi azaltmaq mənasına gələn "plazma aerodinamiki" eyni zamanda sürtünməyi də azaldır. Plazma elektrik yüklü bir qazdır. Rusiyada aparılan təcrübələr təyyarə ətrafına buraxılan çox kiçik miqdarda plazmanın hava axınını tamamilə dəyişdirdiyini sübut edib. Əvvəllər plazmanın havanı isitdiyi, başqa sözlə sürtünməyi azaltdığı düşünülürdü. Ancaq əslində plazmanın təsirləri daha kompleksdir. Fiziklər plazma axını və akustik ion dalğası ilə birləşən elektrik və maqnetik sahənin üç ölçülü təsirləri üstündə dayanırlar. Amma bu sahədəki praktik tətbiqlər nəzəriyyədən xeyli sonra həyata keçiriləcək. Plazma şok dalğasını nəmləndirir və parçalara ayıraraq dəyişdirir. Hər şeydən önəmlisi hava sürtünməsi azalır.

 

ABŞ-ın "DERA" laboratoriyasında çalışan Terri Keyn sürtünmənin 10 faiz aşağı salına biləcəyini göstərib. Sürtünmənin bir faiz azalması belə təyyarənin yüngülləşməsinə və sürətinə yardım edir. Plazmadan istifadə etməklə təyyarədə dəyişiklik etmədən belə irəliləyiş əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə