Dövlət Radiotezliklər İdarəsi 2010-cu ildə öz öhdəsinə düşən vəzifələri tam olaraq həyata keçirib. Bu barədə SİA-ya İdarənin baş mühəndisi İlham Əfəndiyev açıqlamasında məlumat verib. O bildirib ki, ötən il DRİ-nin fəaliyyəti mühüm işlərlə yadda qalıb. 2010-cu ildə idarənin tədbirlər planını da uğurla həyata keçirildiyini dilə gətirən baş mühəndis həmin planda 22 tapşırığın göstərildiyini vurğulayıb.
Lakin açıqlaması zamanı idarə tərəfindən görülən işlərlə əlaqədar tam məlumat vermək istəməyən baş mühəndis hesabatın yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiya iclasında açıqlanacağını söyləyib: "Mən ancaq bunu deyə bilərəm ki, ötən il idarə ona verilən bütün tapşırıqları tam şəkildə yerinə yetirib. Qalan işlərlə bağlı heç nə deyə bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB