Amerika küçələrinə ölü quş yağır

Amerika küçələrinə ölü quş yağır
ABŞ-ın küçələrinə ölü quş yağır. SİA-nın məlumatına görə, Arkanzas ştatındakı qəsəbələrdən birində göydən ölü quş cəsədləri yağıb.

Məsələ ilə bağlı açıqlama verən ştatın rəsmiləri bildiriblər ki, bu məlumat onlara gecə yarısı daxil olub: "Gecə saatlarında bizə belə bir məlumat daxil oldu ki, qəsəbə ərazisinə ölü quş yağır. Hadisə yerində aparılan araşdırma nəticəsində 2 kvadrat kilometr ərazidə 1000-dən çox quş ölüsü aşkarlandı".

Arkanzas ştatının Ovçular və Balıqçılar Cəmiyyətinin quşlar üzrə mütəxəssisi Karen Rou quşlar üzərində aparılan tədqiqatların nəticəsi haqqında danışıb: "Göydən yağan qara rəngli quşlarda zədə var. Bu cür hadisələr bir sıra dünya ölkələrində də baş verib. Zəhərlənmə ehtimalı olduqca azdır".

Qeyd edək ki, hadisənin səbəbini ildırım çaxması və dolu yağması ilə əlaqələndirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə