Tanınmış adamlar bəzən çox sərsəm məsləhətlər verirlər

Tanınmış adamlar bəzən çox sərsəm məsləhətlər verirlər

Dünyanın idman, şou-biznes və incəsənət sahəsində tanınmış simaları insanların səhhəti ilə bağlı bəzən çox sərsəm açıqlamalar verirlər. SİA-nın xəbərinə görə, "Sense About Science" (SAS) təşkilatı yalançı "elmi" açıqlamalar və elmi aksiomların yanlış qələmə verilməsi hallarını araşdırıb.

SAS 2010-cu ildə məşhurların səhhət və sağlamlıqla bağlı yanlış, məntiq və elmlə heç bir əlaqəsi olmayan açıqlamalarının "qara siyahı"sını hazırlayıb. "Qara siyahı"nın liderləri supermodel Naomi Kempbell, habelə aktyorlar Eşton Katçer və Demi Murdur. Onlar iki-üç həftə ancaq cökə şərbəti, limon və istiot şirəsi ilə qidalanmağın insanın vücudunu tamamilə təmizləndiyini deyirlər.

Pop-müğənni Sara Hardink isə bütün yeməklərin üstünə daş kömür tozu tökərək bu minvalla "orqanizmdəki zərərli qalıqları təmizlədiyini" iddia edib. Kimyaçı Con Elms və dietoloq Anna Reymond belə iddiaları çox yanlış hesab ediblər. Onların dediklərinə görə, belə qidalanma orqanizmdə zəhərli metabolitlərin yığılmasına səbəb olur.

Futbolçu Devid Bekhem, Britaniya şahzadəsi Uilyamın nişanlısı Keyt Middlton və "Formula-1" avtoçempionatının pilotu Rubens Barikello biləklərində "Power Balance" adlı bilərzik daşıyırlar. Onların dediklərinə görə, həmin qoloqrafik bilərzik "orqanizmə əlavə enerji ilə yanaşı, formanı yaxşı səviyyədə saxlamağa imkan verir".

Alimlər bu iddiaların da sərsəm olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə