Artıq Milli Parkda 11 şam ağacı qurulub. Bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov SİA-ya açıqlamasında deyib. O bildirib ki, hər ağacın yanında bir şaxta baba və qar qız var. Onun sözlərinə görə, ən hündür şam ağacı bulvar ərazisində yerləşən Kukla Teatrının arxa hissəsində qurulub: "Bu yolkanın hündürlüyü 21 metr, diametri isə 6 metrdir. Digər yolkaların hündürlüyü isə 5 metrdən 10 metrə qədərdir. Bundan əlavə, bu il ötən ildə olduğu kimi buz meydançası fəaliyyət göstərəcək. Artıq meydança hazırdır. Sadəcə olaraq onun fəaliyyət göstərməsi üçün ətrafda olan temperatur +10 dərəcədən bir qədər aşağı düşməlidir. Çünki buz meydançasının üstü açıq olduğundan ətraf temperaturun ona böyük təsiri var".
Yeni il ərəfəsində bulvar ərazisinə 3 yeni atraksionun gətirildiyini vurğulayan N. Məcidov söyləyib ki, onlardan ikisi "Motodrom, digəri isə "Tarzan" adlanır. Onun sözlərinə görə, bu dəfəki "Motodromlar" motosikletlərinə görə fərqlənirlər. O qeyd edib ki, "Tarzan" atraksionu vasitəsilə uşaqlar bellərində kəmərlə hündürlükdən aşağı tullana bilirlər.
Bulvar ərazisinin qış mövsümünə hazır olmasına gəlincə: "Baxmayaraq ki, qış mövsümündə havalar isti keçir, amma hər halda təbiətin işini bilmək olmaz. Əgər havalar kəskin şəraitdə dəyişər, qar və ya yağış yağarsa, o zaman Dənizkənarı Bulvar İdarəsi xüsusi texnika və işçi qrupu ilə hər bir maneəni dəf etməyə hazırdır. Bulvar qış aylarında 1 saat da olsa belə əhalinin üzünə bağlı olmayacaq".
Qeyd edək ki, hazırda bulvar ərazisində atraksionların qiyməti 1-2 manat arasındadır. Yalnız bir atraksion 3 manat, 4D-5D filmlərinə baxmaq üçün kinozalların qiyməti isə 5 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB