Tarixi zəhərlə yazmaq...

Qədim dövrlərdən bu günə qədər zəhərlə həyata keçirilən cinayətlərin çox az hissəsi açılıb. Zəhər aşağı dozalarda istifadə edildiyi zaman müalicəvi əhəmiyyət daşıyır. Bu baxımdan zəhər Tanrının insana bir lütfü olaraq qiymətləndirilir. Amma yüksək dozada istifadə edildiyində isə düşmənlərin və nifrət edilən ərlərin asanlıqla ortadan qaldırılmasını təmin edir. Düşmənlərin ortadan qaldırılması üçün heç bir şey zəhər qədər təsirli deyil. Üstəlik bunu, arxada heç bir dəlil və sübut qoymadan reallaşdırmaq mümkündür.

 

Avropaya zəhər hazırlanması üsulları bu işin bütün incəlikləri ilə birlikdə Şərqdən gəlib. Zəhər qədim zamanlarda əsasən bitkilərdən və göbələklərdən əldə edilirdi. Ancaq bu məqsədlə arsenik, civə və civə-sülfid kimi minerallardan, həmçinin ilandan istifadə edilirdi. Yunanlı filosof Aristotel (M. Ö. 384-322) ilə romalı həkim Celsus (M. S. 1. əsr.) aralarında baldırqan və banotunun da olduğu çox az bitki mənşəli zəhəri tanıyırdılar. Onlar daha çox arsenik (siçan zəhəri) və törəməsi olan əmtəəlik zəhərlərdən istifadə edirdilər. Aristotel eradan əvvəl 340-cı illərdə portağal qırmızısı rəngdəki arseniki belə xarakterizə edirdi: "Başda atlar olmaqla hər növ heyvanı öldürür. Bu maddəni əvvəl suyun içində həll etmək, sonra da süzmək lazımdır".

 

VIII əsrin ikinci yarısında ərəb kimyaçısı Cabir ibn Hayyan özünün cadugərlik mətbəxində arseniki qaynadaraq ağ, iysiz və dadsız arsenik tozunu əldə etməyi bacarıb. Beləliklə, o, sonrakı əsrlərdə "bütün zəhərlərin ən zəhərlisi" olaraq tanınan bir nömrəli zəhəri inkişaf etdirib. Türk həkim Əbubəkr Razi 900-cü illərdə arsenikin zəhərli təsirini civəninki ilə müqayisə etmişdi: "O birilərlə müqayisədə arsenikin öldürücü təsiri daha çoxdur, onun təsirlərindən xilas olmaq mümkün deyil".

 

Bu təhlükəli ağ zəhər qısa müddət ərzində bütün zəhərləri kölgədə qoyub. Arsenikdə zəhərlənmənin əlamətləri çox idi. Buna görə də xolera və bu kimi xəstəliklərin əlamətləri ilə qarışdırılır və heç şübhə yaratmırdı. Öldürücü olması üçün 0,25 qramlıq bir doza kifayət idi və yeməklərə, ya da içkilərə qarışdırmaq heç də çətin olmurdu. 1840-cı illərə qədər heç bir həkim, ya da kimyagər cəsədlərdə arseniki müəyyən edə biləcək biliyə sahib deyildi.

 

Ən qorxulu və öldürücü zəhərlər isə aşağıdakılar hesab edilir:

İlan zəhəri - bəzi ilanların tüpürcək vəzilərinin zəhərli ifrazatıdır. İlan zəhəri rəngsiz, sarımtıl, yaxud yaşıla bənzər duru mayedir. İlan zəhəri eyni zamanda müalicə əhəmiyyətlidir. İlan zəhərini qurudulmuş halda 23 ilə qədər saxlamaq olur. Zəhərli ilanlar mühafizə olunur. Azərbaycanda 23 ilan növü mövcuddur.

 

Toksin – fizioloji funksiyaları süstləşdirən, insan və heyvanların xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki, yaxud heyvan mənşəli maddələrdir. Kimyəvi tərkibinə görə bütün toksinlər zülal, yaxud polipeptidlərdir. Başqa üzvi və qeyri-üzvi zəhərlərdən fərqli olaraq toksin orqanizmə düşdükdə orada anticisim yaradır. Toksin ilan, əqrəb və hörümçək zəhərinin, habelə bir sıra zəhərli bitkilərin tərkibinə daxildir. Bakteriya mənşəli toksin nisbətən geniş yayılıb.

 

Kobra zəhəri – Bu heyvanın zəhəri yarım saat içərisində insan qanının 75%-nə yayılır. Bu isə insanın ölümünə səbəb olur. Şahzadə Kobrasının zəhəri ən dəhşətli zəhərlərdən hesab olunur.

 

Kodein- qismən şəfaf, çox acı və iysiz olan bu maddə ağrıkəsici vasitə kimi istifadə olunur. Ondan çox qəbul etdikdə narkotikdən asılı vəziyyətə düşmək kimi bir hal yaradır. Daha sonra insanı iflic vəziyyətinə salır və ölümlə nəticələnir.

 

Dimetil Sulfat - Boyaların, narkotik maddələrin, ətirlərin hazırlanmasında istifadə olunur. Bu maddədən zəhərlənən zaman insanda ürəkbulanma, gözlərin görməməsi, ataksiya, möhkəm sudurqa, psixoloji pozuntu, beynin tamamilə pozulması müşayət olunur. Bir-iki gün sonra isə ölüm baş verir.

 

Croton Tigium- Bu bitkinin qarışığından əmələ gələn mayeni hətta iylədikdə belə insanı məhv edə bilir. Bitkinin 20 damcısı bir neçə dəqiqə içərisində insanın həyatına son qoya bilər.

 

Gila Monster- Bu heyvanın çənəsinin altında və üstündə iki kanal var ki, həmin kanallardan insanı bir saat içində öldürə bləcək zəhər ifraz olunur. Bu heyvanın latınca adı Helodermadır.

 

Akonit- İnsanda ürəkbulanma, dilin tutulması, qulaqlarin eşitməməsi, dodaqların və əllərin keyiməsi, başgicəllənmə və ən əsası hər şeyi yaşıl rəngdə görməsi, ürək döyüntüsünün azalması və dayanması ilə nəticələnir. İnciçiçəyi- Bu gülün müəyyən hissəsi zəhərlidir. Zəhərlənmə əlamətləri ürəkbulanma, möhkəm qarın ağrısı, nəbzin dayanması, möhkəm sudurqa, ürəkgetmədir.

 

Durman- Bu bitkinin zəhəri insanda iflic yaradır və ürəyin dayanmasına səbəb olur. Barbados nut- Xoş dada malik olan bu aldadıcı çərəzin tərkibində olan zəhər bir saat ərzində insanın mədə-bağırsaq fəaliyyətini dayadıraraq həyatına son qoyur.

 

Belladonna- Bu çiçəyin hər bir hissəsi ölümcül zəhərdən ibarətdir. İki saat ərzində insanı iflic vəziyyətinə salaraq öldürür.

 

Castor Beans-İfraz etdiyi zəhər nəticəsində insanda möhkəm ürəkbulanma, qanlı ifrazat, susuzluq, bir saat içində koma vəziyyəti yaradır və ölümlə nəticələnir.

 

Pufferfiş- Bu balığın yumurtalıqlarında ifraz olunan zəhər bir saat içində insanı iflic vəziyyətinə salır. Bədənin bir hissəsi tamamilə işləmir, nəfəs almaq çətinləşir, nəfəs kəsilir. Destroying Angel adlı dünyanın ən zəhərli göbələyi qarında möhkəm ağrı, ürəkbulanma, gözlərin saralması, özündən getmə, koma vəziyyəti yaradır və ölümlə nəticələnir.

Bütün xəbərlər Facebook səhifəmizdə