Başqırdıstanın Ufa şəhər qəbiristanlığında iPhone 6 şəklində məzar daşı düzəldilib. SİA-nın məlumatına görə, bu barədə RİA Novosti xəbər verir. “Orada avtoqəzada həlak olmuş gənc qız dəfn olunub”, deyə şəhərin xüsusi xidmət kombinatının əməkdaşı deyib.
Onun sözlərinə görə, təmsil olunduğu müəssisənin abidələrin seçilməsinə müdaxilə etməyə hüququ yoxdur. Mövcud məzar daşını həlak olan qızın valideynləri seçib.
Bu arada, müəssisə təmsilçisi qeyd edib ki, bu heç də ən təəccübedici məzar daşı deyil. Misal üçün, qəbiristanlıqda avtomobil şəklində böyük məzar daşı var.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB